Nov 18, 2019 20:07 Asia/Baku
  • Suriya ordusunun Türkiyə sərhədlərində yerləşməsi
    Suriya ordusunun Türkiyə sərhədlərində yerləşməsi

Suriyanın ordu qüvvələrinin Türkiyə ilə birgə sərhədlərdə yerləşməsi prosesi başa çatdı.

Suriyanın ordu qüvvələrinin Türkiyə ilə birgə sərhədlərdə yerləşməsi əməliyyatının başlanmasından bir ay keçib. İndi bu qüvvələr bu ölkənin şimal bölgələrindən 700 kilometr aralıda yerləşiblər ki, onun 300 kilometrindən çoxu Türkiyə ilə müştərək sərhədlərdir.

M.K- Bu əməliyyat gedişində Türkiyə ordusunun Suriya ərazisinin daxilinə irəliləyişinin qarşısını aldıq və hətta Rəqqə vilayətində Ankaranın əmri altında olan silahlı qruplarla toqquşduq. Və onların hücumlarının davam etməsinə və əhalinin didərgin düşməsinə mane olduq.

Suriya ordusu öz qüvvələrinin bu ölkənin şimal-şərqində yerləşməsinin sonuncu hissəsində 60 kilometr uzunluğunda olan bir ərazidə altı yeni sərhəd nöqtəsində yerləşdi.

M.K- Suriyanın ordu qüvvələri Türkiyə və İraqla sərhəd üçbucağına çatdılar. Və bu bölgədəki neft və qaz yataqlarına giriş, həmçinin həmin bölgənin İraqla keçidinin ələ keçirilməsi ərəfəsindədirlər.

Suriyanın ordu qüvvələrinin qeyd olunan sərhəd üçbucağında yerləşmələri strateji cəhətdən önəmlidir, zira suriyalı sərhədçilər bu prosesin davam etməsilə İraqla sərhədlərdə yerləşən Həsəkə vilayətinin şərqində yerləşəcəklər.

Belə olan təqdirdə, Dəməşq həmin bölgənin neft və qaz yataqlarından istifadə imkanı əldə edəcək. Əlbəttə, bu məsələ Suriya demokratik qüvvələrilə siyasi razılaşmadan asılıdır.

 

Şərhlər