Dec 02, 2019 20:14 Asia/Baku
  • Yəmənli qüvvələr tərəfindən səud vertolyotunun vurulması barədə yeni təsvirlər
    Yəmənli qüvvələr tərəfindən səud vertolyotunun vurulması barədə yeni təsvirlər

Müharibə üzrə informasiya qərargahı Əsir bölgəsilə qonşuluqda yerləşən Əlməcazə bölgəsində səudiyyənin "Apaçi" tipli vertolyotunun hədəfə alınması əməliyyatı ilə bağlı yeni təsvirlər yayıb.

Əlməsirə telekanalının məlumatına görə, bu təsvirlər vertolyotun süqut etməsi anını digər bir bucaqdan göstərir. Təsvirlərdə vertolyotun sərhəd bölgələrindən birinə düşməzdən öncə yanması açıq şəkildə görünür.

Ənsarullah hərəkatının təcavüzkar səud koalisiyasına aid olan "Apaçi" tipli bir vertolyotu və bir PUA-nı vurmasından sonra hazırda Yəmənin atmosferi onların qırmızı xəttinə çevrilibdir.

"Apaçi" vertolyotu dünyada ən yaxşı vertolyot tipi sayılır. Onun modern tipinin qiyməti təqribən 20 milyon dollardır və husilər onları, qiyməti bir neçə min dollardan yuxarı olmayan bir raketlə vurublar.

 

 

Şərhlər