Dek 09, 2019 20:52 Asia/Baku
  • Sionist rejimin hədəflərinin aşkar edilməsi
    Sionist rejimin hədəflərinin aşkar edilməsi

Yəmənin müdafiə naziri bu ölkənin ordusu və xalq komitələri tərəfindən sinoist düşmənin quru və dəniz hədəfləri toplusunun aşkar edilməsindən xəbər verib.

Yəmənin müdafiə naziri deyib: Yəmənin siyasi başçılarının hücum əmri verəcəkləri zaman biz tərəddüd etməyəcəyik.

Yəmənin hərbi sənayesinin nəzərəçarpacaq dərəcədə inkişaf etməsinə işarə edən general-mayor Muhəmməd əl-Atifi hər cür və fitnə və avantüra barədə əmirliklərə xəbərdarlıq edərək, vurğulayıb: Yəmənin təhlükəsizliyi və ölkənin qorunması çüün heç vaxt güzəştə getməyəcəyik.

Hərbi məsələlər üzrə analitik briqada generalı Abid əl-Sur deyib: Ənsarullah hərəkatının baş komandanı və ya hərbi komandanları tərəfindən sionist rejimə xəbərdarlığın edilməsi Yəmənin hərbi üstünlüyü və bacarığından xəbər verir və təcavüzkarlara cavab, bizim haqqımızdır.

Yəmənin hava hücumundan müdafiə qüvvələri Cizanda təcavüzkarların bir pilotsuzunu vurublar. Bu, ötən iki həftə ərzində qüdrətli yəmənli qüvvələr tərəfindən vurulan altıncı casusluq pilotsuzudur. Pilotsuzların vurulmasındakı bu diqqət, beş il savaşdan sonra yəmənli qüvvələrin hərbi gücündəki geniş dəyişiklikdən söz açır.

Hərbi məsələlər üzrə jurnalist Əbdullətif Əlvişli deyir: Bu qısa müddətdə təcavüzkarların bir neçə pilotsuzunun vurulması göstərir ki, Yəmənin hava hücumundan müdafiə qüvvələrinin irəliləyişi inkarolunmazdır. Digər tərəfdən, onların quru və casusluq əməliyyatları üzrə kəşfiyyat mənbələri məhv olmaqdadır və bu, quru əməliyyatlarına və hətta müzakirələrə birbaşa təsir göstərəcəkdir.

Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Muhəmməd Əlhusi Yəmənə qarşı mühasirə və hücumların davam etməsi barədə təcavüzkarlara xəbərdarlıq edib. Vurğulayıb ki, Yəmən xalqı təcavüzkarların torpaqlarının içərilərinədək raket və PUA hücumları həyata keçirmək qüdrətinə malikdir. Digər tərəfdən, Yəmən müzakirəçilərinin milli heyətinin üzvü Səlim Əlməğləs səudiyyə xarici işlər nazirinin Ənsarullah hərəkatının Yəmənin siyasi gələcəyində iştirakına dair sözlərinə cavabda deyib: Yəmənin gələcəyini Yəmən xalqı təyin edəcəkdir.

 

 

Şərhlər