Dek 10, 2019 19:18 Asia/Baku
  • Sionistlər fələstinli komandanın Tunisdə terror edildiyini etiraf ediblər
    Sionistlər fələstinli komandanın Tunisdə terror edildiyini etiraf ediblər

Sionist rejimin 13-cü telekanalı bir sənədli filmdə fələstinli komandan Əbu Cihadın Tunisdə terror edilməsini etiraf edərək, bildirib ki, bu terror əməliyyatında üç min məmur, beş hərbi qayıq, vertolyot, həmçinin sionist rejim ordusu və bu rejimin casusuluq təşkilatı- MOSSAD-ın bölmələrindən istifadə olunmuşdu.

Sionist rejimin 13-cü telekanalı terror əməliyyatları barədəki öz sənədli filminin üçüncü hissəsində Fələstin Azadlıq Təşkilatının mərhum sədri Yasir Ərəfatın müavini və fələstinli komandan Əbu Cihad ləqəbli Xəlil Əlvəzirin terror edilməsi gedişatını etiraf edibdir.

Bu sənədli silsilənin birinci hissəsi mühəndis Yəhya Əyyaşın 1996-cı ildə Qəzzədə terror edilməsi, ikinci hissəsi sionist rejimin Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sabiq rəisi Xalid Məşəlin 1997-ci ildə terror edilməsi üzrə uğursuz səyi barədədir.

Bu sənədli filmin quruluşçu rejissoru və sionist rejimin 13-cü telekanalında hərbi məsələlər üzrə ekspert Alon Ben David həmin sənədli filmin əvvəlində etiraf edir ki, sionist rejim, şəxsləri məhkəmələrlə məşvərət və mühakimə etmədən edam və terror edən və bu edamları heç vaxt tənqid etməyən dünyada az sayda rejimlərdəndir.

 

Şərhlər