Dek 14, 2019 08:17 Asia/Baku
  • Səud rejimi Yəməndə savaşın bitməsini istəmir

Yəmən Ali İnqilab Komitəsinin sədri bildirib ki, ali-səud rejimi başçılarının Yəməndə savaşın dayandırılması üzrə səylərə dair sözləri yalnız media xarakteri daşıyır və gerçək deyildir.

Muhəmməd Əli Əlhusi bu gün səhər tezdən bir çıxışda bir daha vurğulayıb ki, təcavüzkar səud koalisiyası onların Yəmənə qarşı savaşın başa çatmasına dair xoşməramlılığını gostərəcək heç bir addım atmayıbdır.

Bu arada BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qrifit də dünən Yəməndəki savaş amillərindən istəyibdir ki, bu müharibədə qələbə qazanacaqlarına ümidlərini kəssinlər və siyasi həll yolundakı hərəkətə təkan versinlər.

Çinin BMT-dəki daimi nümayəndəsi də Yəmən böhranının siyasi prosesinin izlənilməsinə təkid edibdir.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi hücum etdi və bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı.

Ərəbistan və onun Yəməndəki müttəfiqləri bu günə qədər on altı mindən çox yəmənlini qətlə yetirib, on minlərlə insanı yaralayıb və milyonlarla yəmənlini didərgin salıblar

Səudiyyə rejimi və müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, bu günə qədər bu ölkədəki məqsədlərinə çata bilməyiblər.

 

 

Şərhlər