Dek 14, 2019 08:29 Asia/Baku

Fələstin Səhiyyə Nazirliyi Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" yürüşünün 84-cü cüməsində azı 5 nəfərin yaralanmasından xəbər verib.

"Qayıdış haqqı" yürüşü cümə günü “Fələstin bizi müttəfiq edir və Qüds bizim paytaxtımızdır” adı altında keçirilib.

Sionist rejim hərbçiləri fələstinli aksiyaçılara divan tutarkən onlara qarşı hərbi güllədən əlavə, gözyaşardıcı və zəhərli qazlardan istifadə ediblər.

Fələstin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, onlarla fələstinli də zəhərli qazla tənəffüs nəticəsində boğuntu halına düşübdür.

Dinc mahiyyətli"Qayıdış haqqı" yürüşü "yer günü" münasibətilə 2018-ci il martın 30-dan başlanıb.

2018-ci il martın 30-dan bu günədək bu aksiyalarda 330-dan çox fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub və azı 31 min fələstinli də yaralanıbdır.

Bir çox ölkə, o sıradan İran İslam Respublikası, həmçinin beynəlxalq təşkilatlar indiyədək sionistlərin bu cinayətlərini dəfələrlə pisləyiblər.

Fələstinlilərin "yer günü"nün ildönümündə hər il keçirilən yürüşü sionist rejimin 1976-cı il martın otuzunda fələstinlilərin ərazilərinin müsadirəsi sahəsindəki qərarını xatırladır.

Sionist rejim fələstinlilərin ərazilərini müsadirə edib, onlarda sionistsakinli qəsəbələr salmaqla fələstinli bölgələrin coğrafi mahiyyətini dəyişdirmək və bu bölgələrə sionist görkəm vermək niyyətindədir ki, bununla fələstinli bölgələrdəki hökmranlıqlarını təsbit etmiş olsun.

 

 

 

Şərhlər