Dek 14, 2019 08:33 Asia/Baku
  • Amerika Livandakı etirazlardan bəhrələnmək niyyətindədir

Livan Hizbullahının baş katibi deyib ki, amerikalılar Livandakı hər cür xalq etirazından öz maraqları istiqamətində istifadə etməyə çalışırlar.

Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah dünən axşamçağı bildirib ki, amerikalılar Livandakı xalq etirazlarının ilk günündən bu etirazların Hizbullaha qarşı olduğunu göstərməyə çalışıblar.

O deyib ki, sionist rejimin baş naziri Benyamin Netanyahu da Amerika kimi Livandakı aksiyaları Hizbullahı zəiflətmək üçün tarixi fürsət adlandırıb.

Nəsrullah əlavə edib: Hizbullah Livanda Amerikanın və sionist rejimin fitnələrinin reallaşmasına mane olaraq, ABŞ və sionist rejimin bölgədəki maraqları üçün real bir təhdiddir.

Livan Hizbullahının baş katibi bildirib ki, amerikalılar Livan, İraq və hətta Yəməndəki etirazlara İrana təzyiq üçün bir vasitə kimi baxır və etirazların formalaşdığı bütün ölkələrə müdaxilə edərək, onlardan sui-istifadə etməyə çalışırlar.

 

Teqlər

Şərhlər