Dek 15, 2019 09:16 Asia/Baku
  • İşğal olunmuş ərazilərdə geniş yoxsulluq
    İşğal olunmuş ərazilərdə geniş yoxsulluq

Sionist "Məariv" qəzeti bir reportajda bildirib ki, 2 milyon 300 mindən çox sionist yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

Sionist "Məariv" qəzeti bu reportajda qeyd edib ki, işğal olunmuş ərazilərdəki yoxsulların sayı 2 milyon 306 min nəfərə, yəni sionistlərin təqribən 25%-nə çatıb. Bu miqdarın bir milyon nəfərini 17 yaşından aşağı olanlar təşkil edirlər.

Bu məlumata görə, işğal olunmuş ərazilərdə yoxsulluğun yayılmasının amillərindən biri, bu ərazilərdə ümumi seçkilərin keçirilməsindən sonra nazirlər kabinetinin təşkil olunmamasına görə yaranmış siyasi böhran olubdur.

Bundan öncə sionist rejim mediaları bildirmişdilər ki, nazirlər kabinetinin ikinci dəfə təşkil olunmaması və son bir ildə Təl-Əviv rejiminin siyasi böhranı, bu rejimin səhiyyə və müalicə sistemini məhvolma uçurumuna sürükləyibdir.

Sionist rejimin başçısı Reuven Rivlin də cümə günü gecə etiraf edibdir ki, bu rejim dərin siyasi böhrandan əziyyət çəkir. Bu böhran koalisiya kabinetinin təşkilində partiyaların uğursuz qalmalarının məhsuludur.

İşğal olunmuş ərazilərin sakinləri bu il aprelin 9-u və sentyabrın 17-də knesset seçkiləri üçün seçki məntəqələrinə getdilər, amma hər iki dəfədə partiyaların heç biri digər partiyaların razılığı ilə öz koalisiya hökumətlərini təşkil edə bilmədi.

İşğal olunmuş ərazilər elə bir halda üçüncü seçkilərə hazırlaşır ki, bu seçkilərin də bir kabinetin təşkili ilə nəticələnə biləcəyi bəlli deyildir.

Şərhlər