Dek 21, 2019 10:28 Asia/Baku
  • Fələstin Haaqa məhkəməsinin sionist rejimin cinayətlərinin araşdırılması barədəki qərarını alqışlayıb

Fələstin muxtariyyəti Beynəlxalq Cinayət Məhkəməsinin sionist rejimin fələstinlilərə qarşı hərbi cinayətlərinin araşdırılması barədəki qərarını alqışlayıb.

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Fato Bensuda cümə günü məhkəmənin sionist rejimin Qəzzə zolağı və İordan çayının qərb sahilindəki hərbi cinayətləri barədə təhqiqat üzrə səyindən xəbər verib.

Fələstin muxtariyyəti Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Fato Bensudanın bu barədə açıqlama verməsindən sonra bir bəyanatda onu alqışlayıbdır.

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın sözçüsü Fuzi Bərhum da dünən deyib: Beynəlxalq Cinayət Məhkəməsinin bu addımı göstərir ki, sionist rejimin işğalçılıq xisləti və Fələstin xalqına etdiyi zülmlərin həcmi dünya ictimaiyyəti üçün daha da aşkar olubdur.

Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin baş katibi Saib Əriqat da Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun hərəkətini alqışlayaraq, onu Fələstin xalqı üçün ümidverici bir mesaj kimi dəyərləndirib.

Sionist rejim son illərdə Ağ Ev-in dəstəyilə işğal olunmuş ərazilərdə geniş cinayətlər törədibdir.

Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyə kimi minlərlə fələstinli şəhid olub və yaralanıbdır.

Sionist rejim hərbçiləri həmçinin 2018-ci il martın 30-dan bəri “Qayıdış haqqı” yürüşlərini amansızcasına yatırıb. Bu əsnada 330-dan çox fələstinli şəhid olub, azı 31 min nəfər də yaralanıbdır.

 

Teqlər

Şərhlər