Dek 22, 2019 08:55 Asia/Baku
  • Ərəb Liqası Haaqa məhkəməsinin sionist rejimin cinayətlərinin araşdırılması barədəki qərarını alqışlayıb
    Ərəb Liqası Haaqa məhkəməsinin sionist rejimin cinayətlərinin araşdırılması barədəki qərarını alqışlayıb

Ərəb Liqası Beynəlxalq Cinayət Məhkəməsinin sionist rejimin fələstinlilərə qarşı hərbi cinayətlərinin araşdırılması barədəki qərarını alqışlayıb.

Ərəb Liqası baş katibinin Fələstin məsələləri üzrə müavini Səid Əbu Əli bu qərarı sionist rejimin məsuliyyətə cəlb edilməsi üçün dünya ictimaiyyətinin iradəsini əks etdirən vacib bir addım kimi dəyərləndirib.

Fələstin muxtariyyəti, Fələstin İslami Müqavimət Hərəkatı- Həmas və Fələstin Azadlıq Təşkilatı da cümə günü Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun sionist rejimin fələstinlilərə qarşı hərbi cinayətlərinin araşdırılması barədəki qərarını alqışlayaraq, onu Fələstin xalqı üçün ümidverici bir mesaj kimi dəyərləndirdilər.

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Fato Bensuda cümə günü bu məhkəmənin sionist rejimin Qəzzə zolağı və İordan çayının qərb sahilindəki hərbi cinayətləri barədə təhqiqat üzrə səyindən xəbər verdi.

Sionist rejim son illərdə Ağ Ev-in dəstəyilə işğal olunmuş ərazilərdə geniş cinayətlər törədibdir.

Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyə kimi minlərlə fələstinli şəhid olub və yaralanıbdır.

 

 

Teqlər

Şərhlər