Dek 26, 2019 19:06 Asia/Baku
  • Əlməyadin İraq prezidentinin istefasından xəbər verib
    Əlməyadin İraq prezidentinin istefasından xəbər verib

Livanın Əlməyadin telekanalı Bərhəm Salihin İraqın prezidenti vəzifəsindən kənara çəkilməsindən xəbər verib.

İraq prezidenti Bərhəm Salih bu gün bu ölkə parlamentinə məktubda öz istefasını təqdim edibdir ki, İraq xalqının nümayəndələri ölkənin hazırkı vəziyyəti barədə qərar çıxarmış olsunlar.

Salih parlamentə göndərdiyi yazılı müraciətdə bildiribdir ki, istefaya hazırlığını parlamentə elan edir ki, nümayəndələr qərar qəbul etsinlər. Zira o, “Əlbina” fraksiyası tərəfindən Əsəəd Ələydanini yeni nazirlər kabinetini təşkil etmək üçün təqdim etmək istəmir.

İraqdakı siyasi qruplar indiyədək bu ölkənin baş naziri vəzifəsini tutmağa namizədin təyin edilməsi üstündə razılığa çatmayıblar.

İraqda aksiyalar oktyabrın birindən və məişət durumuna, sosial xidmətlərin zəifliyinə və geniş korrupsiyaya etiraz olaraq başlandı ki, bu da Adil Əbdulməhdinin noyabrın 29-da baş nazir vəzifəsindən istefa verməsilə nəticələndi.

 

 

Teqlər

Şərhlər