Dek 27, 2019 08:55 Asia/Baku
  • Sionist rejim Qəzzədə fələstinli məsul şəxsləri terror etməklə hədələyib
    Sionist rejim Qəzzədə fələstinli məsul şəxsləri terror etməklə hədələyib

Sionist rejimin xarici işlər naziri fələstinli məsul şəxsləri terror etməklə hədələyib.

Sionist rejimin xarici işlər naziri İsrael Katz deyib ki, bu rejim raket atışları prosesini dayandırmaq üçün Qəzzə zolağında terror siyasətini bərpa etmək niyyətindədir və bu barədə kəşfiyyat səyləri göstərilməkdədir.

Çərşənbə günü gecə Qəzzə zolağından sionist Əsqəlan qəsəbəsinə tərəf iki ədəd raket atılmış və sionist rejimin baş naziri Benyamin Netanyahunu bu qəsəbədən sığınacağa qaçırmışdı.

Bu raket hücumunun ardınca sionist rejim qırıcıları dünən səhər tezdən bir neçə növbədə Qəzzədəki mülki bölgələri bombardman ediblər.

Sionist rejim son zamanlar da bu rejimə qarşı hücumların planlaşdırılmasında iştirak bəhanəsilə İslami Cihad Hərəkatının Qüds briqadalarının komandanlarından olan Bəha Əbulətanın mənzilini hədəfə alaraq, onu və həyat yoldaşını şəhid etmişdi.

 

Teqlər

Şərhlər