Dek 29, 2019 12:53 Asia/Baku
  • Həmas sionist rejimlə hər cür sazişi rədd edib
    Həmas sionist rejimlə hər cür sazişi rədd edib

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın bir üzvü bu qrupun işğal olunmuş ərazilərə tərəf raket atışının dayandırılması qarşılığında Qəzzəyə imkanların təqdim olunması barədə sionist rejmlə sazişi rədd edib.

Suheyl Əlhəndi əlavə edib: Sionist rejim medialarının Həmas-ın işğal olunmuş ərazilərə tərəf raket atışının dayandırılması qarşılığında bu rejimin Qəzzəyə imkanlar yaradacağına dair xəbərlərini əsassız adlandırıb.

Ötən çərşənbə gecəsi sionist rejimin baş naziri Benyamin Netanyahunun çıxışı zamanı işğal olunmuş ərazilərin cənubunda yerləşən Əsqəlan şəhərinə tərəf bir ədəd raket atıldı.

Çıxış və seçki təbliğatları məqsədilə Əsqəlan şəhərinə getmiş Netanyahu bu raket atışından sonra çıxış məkanını tərk etdi  və sığınacağa yerləşdirildi.

Bu raket atışı sionistlərin canlarına elə bir qorxu salıbdır ki, sionist rejmin bir çox məsul şəxsi bir daha müqavimət qruplarını hədələyərək bildiribdir ki, bu hərəkətlərlə cavab olaraq, onların liderlərinin terror edilmələri siyasəti bərpa ediləcək.

 

 

Teqlər

Şərhlər