Yan 16, 2020 12:22 Asia/Baku
  • Təcavüzkar səud koalisiyası bir daha Əlhudəydəni atəşə tutub
    Təcavüzkar səud koalisiyası bir daha Əlhudəydəni atəşə tutub

Təcavüzkar səud koalisiyası bu gün səhər tezdən bir daha atəşkəsi pozaraq, Yəmənin Əlhudəydə vilayətindəki yaşayış massivlərini atəşə tutub.

Səud təcavüzkarları və onların muzdluları Səna küçəsini, həmçinin Əlhudəydə vilayətində yerləşən Əlxamiri bölgəsini ağır və yarımağır hərbi texnika ilə hədəfə alıblar.

Bu hücumun tələfat və xəsarətləri barədə hələ bir məlumat yaylmayıbdır.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsərii son zamanlar bildiribdir ki, təcavüzkar səud koalisiyası Əlhudəydədə indiyə kimi otuz min dəfədən çox atəşkəsi pozub.

Sənadan göndərilmiş nümayəndə heyəti ilə Ərriyad heyəti arasında İsveçdə razılaşdırılmış atəşkəs 2018-ci il dekabrın 18-də Əlhudəydə vilayətində başlanıb, amma səudiyyə koalisiyası hər gün onu pozur.

Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üzrə əsas istiqamətdir.

Yəmən sülh danışıqlarının dördüncü turu 2018-ci il dekabrın 6-da başlandı və dekabr-ın 13-də Əlhudəydədə atəşkəs haqqında razılaşma ilə başa çatdı. Bu danışıqlar BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qrifitsin sədrliyi altında və yəmənli tərəflərin iştirakı ilə keçirildi.

Yəmən müharibəsinə son qoymaq üçün bir neçə dəfə fəaliyyətlər göstərilib, lakin hər dəfə Səudiyyə Ərəbistanı və müttəfiqlərinin sabotajları ilə dalana dirənibdir.

Səudiyyə Ərəbistanı/ ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi təcavüz etdi və bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı.

Səudiyyə Ərəbistanı və onun Yəməndəki müttəfiqləri bu günə qədər on altı min nəfərdən çox yəmənlini qətlə yetirib, on minlərlə insanı yaralayıb və milyonlarla yəmənlini didərgin salıblar.

Səudiyyə Ərəbistanının hərbi təcavüzü həm də yoxsul Yəmən ölkəsini ağır qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

 

Şərhlər