Yan 16, 2020 18:19 Asia/Baku
  • Livan sionist rejimdən şikayət edəcək
    Livan sionist rejimdən şikayət edəcək

Sionist rejimin Livanın sahil sularını çirkləndirməsi Beyrutun BMT-də bu rejimdən şikayət etməsinə səbəb olub.

Sionist rejimin zibilləri suya buraxmaqla Livanın sahil sularını çirkləndirməsi, Beyrutun bu addımı atmasına səbəb olub.
Qeyd edək ki, sionist rejimin tabeliyində olan bir gəmi öz zibillərini bölgə sularında buraxıb. Livanın cənubunda yerləşən Aadloun çayının sularında üzən bəzi zibillərin üzərində ibri dilində yazılmış ifadələr nəzərə çarpır.

Buna görə, Səəd Həririnin işlərin irəlilədilməsi hökumətində ekologiya naziri olan Fadi Cərisati Livanın xarici işlər nazirliyinə məktubda BMT Təhlükəsizlik Şurasının sionist rejimin bu hərəkətini pisləyən qətnamə qəbul etməsinə səy göstərməsi üçün şərait yaratmasını istəyib.

 

Şərhlər