Yan 16, 2020 20:47 Asia/Baku
  • Mosulda şəhidlər Soleymani və Əlmuhəndisin anım mərasimi keçirilib
    Mosulda şəhidlər Soleymani və Əlmuhəndisin anım mərasimi keçirilib

Əlaləm telekanalının müxbiri Əli Şəbəki Mosuldan verdiyi reportajda bildirib ki, müqavimət mehvəri şəhidlərinin xatirələrini anmaq məqsədilə bu şəhərin əhalisi şəhərin mərkəzində toplantı keçirib.

Mosul əhalisinin müxtəlif təbəqələrinin iştirak etdikləri bu toplantıda şəhidlər Qasem Soleymani və Əbu Məhdi Əlmuhəndisin ruhlarına salavat çevrilərək, İŞİD-in Mosula yiyələndiyi dövrdə bu iki böyük komandanın, həmçinin İran İslam Respublikasının cihadi mövqeləri yaxşılıqla yad edilib.

Toplantı iştirakçıları Amerikaya və sionist rejimə qarşı şüarlar verərək, Amerikanın, şəhid sərkərdələrin terror edilmələrindəki cinayətini pisləyiblər.

Bəni Rəbiə tayfasının nümayəndəsi Şeyx Əli Əlrəbiə:

Neynəva vilayətinin şeyxləri və köçəri tayfaları kimi bu cinayəti pisləyirik. İran, İraq xalqının sevimlisi, qonşusu və islami bir ölkədir. Bizcə, iranlılar amerikalılardan qat-qat yaxşıdırlar.

Toplantı iştirakçılarının əllərində iri plakatlar olub. Onların üzərlərində Amerikanın İraqdakı hərbi iştirakını pisləyən ifadələr nəzərə çarpırdı.

Buhəməd köçəri tayfalarının şeyxlərindən olan Şeyx Yunis Əlafəndi deyib: Bu iki qəhrəman komandanın şəhadəti münasibətilə özümüzə və İraq xalqına başsağlığı veririk.

Əbu Muctəba, Neynəva səhrasının Ali İslami Şurasının məsul şəxsi isə deyib:  
Neynəva vilayəti əhalisinin bütün təbəqələri amerikalı qüvvələrin ölkədən çıxarılmalarıını istəyirlər, zira bu qüvvələr bundan sonra işğalçı qüvvələr hesab olunurlar.

Mosulun şərqində yerləşən Tələfər bölgəsinin əhalisi də oxşar mərasim keçirərək, şəhidlər Qasem Soleymani və Əbu Məhdi Əlmuhəndisin xatirələrini əziz tutubdur. Tələfər əhalisinin müxtəlif təbəqələrinin iştirakı ilə keçirilən bu mərasimdə islami müqavimət qruplarının nümayəndələri də iştirak ediblər.

Tələfər köçəri tayfalarının şeyxlərindən olan Hacı Feysəl Mahmud bu mərasimin kənarında deyib:

Bu hərəkət qorxaqcasına bir hərəkət idi. Bu iki böyük komandanı terror edənlər bilmirlər ki, onlar özləri kimi minlərlə komandir və komandan yetişdiriblər.

Qasim Səid, Neynəva vilayəti qolundan olan cihad və quruculuq hərəkatı ofisinin məsul şəxsi isə deyib:

Biz İraq xalqı, xüsusən Tələfər əhalisi, amerikalı qüvvələrin tez bir zamanda İraqdan çıxmalarını istəyirik.

Müqavimət şəhidlərinin anım mərasiminin iştirakçıları vurğulayıblar ki, şəhidlər Soleymani və Əlmuhəndisin qanları hədər getməyəcək və bu şəhidlərin terror edilmələri cihad yoluna xələl gətirməyəcəkdir.

 

 

Şərhlər