Yan 17, 2020 19:25 Asia/Baku
  • Sionist hərbçilər fəslətinli namazqılanlara hücum ediblər
    Sionist hərbçilər fəslətinli namazqılanlara hücum ediblər

Sionist rejim hərbçiləri Məsciuləqsada yüzlərlə fələstinli namazqılana hücum edərək, onlarla nəfəri yaralayıblar.

Sionist rejimin xəfiyyə və polis qüvvələri, həmçinin xüsusi təyinatlı hərbçiləri Hittə və Əlməğaribə qapılarından Məsciduləqsanın səhnlərindəki fələstinli namazqılanlardan yüzlərlə nəfərə hücum ediblər.

Sionist hərbçilər həmçinin sübh namazı qılmağa gəlmiş "Qubbəlsəxrə" məscidinin səhnində olan namazqılanları döyüblər.

Fələstinli gənclər bundan öncə sionist rejimin Məsciduləqsa-ya təcavüzlərinə və gündəlik şəkildə bu müqəddəs məkana və namazqılanlara qarşı hücumlarına reaksiyada əhalidən istəmişdilər ki, bugünkü sübh namazını Məsciduləqsada qılsın və bu günü "səxavət cüməsi" adlandırsınlar.

Teqlər

Şərhlər