Yan 24, 2020 09:03 Asia/Baku
  • İraq xalqı “Amerika, rədd ol, get!” şüarı ilə milyonluq aksiya keçirməyə hazırdır

İraq xalqının amerikalı qüvvələrin bu ölkədən çıxmalarına təkid etmək üzrə milyonluq aksiyası yerli vaxtla bu gün səhər keçiriləcək.

İraqın siyasi və milli rəhbərləri, dini şəxsiyyətləri və islami müqavimət qrupları Amerikanın İraqdakı iştirakına qarşı yönəlmiş bu aksiyanı “suverenlik günü”, bəziləri isə 1920-ci il inqilabı və ingilis müstəmləkəçilərin biabırçı tərzdə İraqdan çıxmalarının təkrar olması adlandırıblar.

Bir çox posterlər "GO OUT" ingilis ibarəsi ilə birbaşa şəkildə Amerikaya və bu ölkənin prezidenti Donald Trampa xitab edir və amerikalı qüvvələrin tez bir zamanda bu ölkəni tərk etmələri vacibliyini vurğulayır.

Bu posterlərin əksər hissəsində İraqdan çölə atılmış Tramp barədə zəlilcəsinə təsvirlər çəkilibdir.

Belə bir halda, İraqın müxtəlif vilayətlrinin əhalisi bugünkü milyonluq aksiyada iştiraka öz hazırlığını elan edibdir.

 

 

Teqlər

Şərhlər