Yan 24, 2020 13:29 Asia/Baku
  • İraq xalqının ABŞ hərbçilərinin bu ölkədə iştirakına qarşı milyonluq aksiyası başlanıb

Bağdadda İraq xalqının amerikalı işğalçıların iştirakına qarşı milyonluq aksiyası başlanıb.

Bağdad şəhərinin əhalisi öz anti-Amerika aksiyasını “İraqın 20-ci inqilabı” adı altında bu şəhərin Əltabiqin körpüsündən başlayıbdır.

İraqlı aksiyaçılar bu ölkənin bayrağını dalğalandıraraq, bir səslə amerikalıların İraqdan çıxmalarına dair şüar veriblər.

Bir çox posterlər "GO OUT" ingilis ibarəsi ilə birbaşa şəkildə Amerikaya və bu ölkənin prezidenti Donald Trampa xitab edir və amerikalı qüvvələrin tez bir zamanda bu ölkəni tərk etmələri vacibliyini vurğulayır.

İraqın siyasi və milli rəhbərləri, dini şəxsiyyətləri və islami müqavimət qrupları Amerikanın İraqdakı iştirakına qarşı yönəlmiş bu aksiyanı “suverenlik günü”, bəziləri isə 1920-ci il inqilabı və ingilis müstəmləkəçilərin biabırçı tərzdə İraqdan çıxmalarının təkrar olması adlandırıblar.

 

Teqlər

Şərhlər