Fev 14, 2020 09:46 Asia/Baku
  • Əlhəsəkə əhalisinin müqaviməti başlanıb
    Əlhəsəkə əhalisinin müqaviməti başlanıb

Suriyanın Əlhəsəkə valisi bu vilayətin bir neçə kəndinin əhalisinin amerikalı hərbçilərə qarşı hərəkətlərini amerikalı hərbçilərin qovulmaları üzrə xalq müqavimətinin başlanması adlandırıb.

Suriyanın şimal-şərqində yerləşən Əlhəsəkə vilayətinin valisi Caiz Əlhəmud Əlmusa deyib: Əlhəsəkənin bir neçə kəndinin sakinləri amerikalı hərbçilər qarşısında müqavimət göstərərək, onları Suriyadan qovmaq niyyətindədirlər.

Əlhəsəkə vilayətinin Qamışlı şəhərinin ətrafındakı bölgələrin sakinləri çərşənbə günü Amerikanın terrorçu hərbçilərinə qarşı addımlar atıblar.

Bu addımlarda “Xirbe Amu” və “Buyer Əlbuasi” kəndlərinin sakinləri amerikalı işğalçıların zirehli avtomobillərinin hərəkətinə mane olaraq, onların dörd hərbi avtomobilinə xəsarətlər vurublar.

ABŞ hərbçiləri də cavab addımında bu bölgələrin sakinlərinə tərəf atəş açıblar. Nəticədə bir mülki şəxs həlak olub.

Bu bölgələrin sakinləri bundan öncə də dəfələrlə Amerikanın hərbi avtomobillərinin qarşısını alıb və ya onların iştiraklarına qarşı aksiya keçiriblər.

 

Teqlər

Şərhlər