Fev 15, 2020 13:35 Asia/Baku
  • “Xmeymim” rus bazası terrorçuların PUA hücumunu dəf edib
    “Xmeymim” rus bazası terrorçuların PUA hücumunu dəf edib

Suriya mediaları dünən gecə terrorçuların pilotsuz uçan aparatlarının bu ölkənin Laziqiyyə vilayətində yerləşən “Xmeymim” rus bazasına yaxınlaşmaları ilə bu hərbi bazanın hava hücumundan müdafiə sisteminin işə düşməsindən xəbər veriblər.

“Xmeymim” bazasının hava hücumundan müdafiə sistemi bazanın yaxınlığında terror qruplarına məxsus bir neçə silahlı pilotsuzu izləyərək, məhv edibdir.

Suriya medialarının bildirdiklərinə görə, bazanın təsisatlarına heç bir ziyan dəyməyib.

Tartus-da yerləşən dəniz himayə bazası və “Xmeymim” bazası Rusiyanın ixtiyarındadır.

Rusiya 2015-ci il sentyabrın sonlarından bəri Suriya ilə anti-terrorist həmkarlıq çərçivəsində Xmeymim-də yerləşən hava-kosmos bölməsindən istifadədən əlavə, öz dəniz və sualtı bölmələri, həmçinin qitələrarası bombardmançılarından terrorçuların hədəflərini bombalamaq üçün bəhrələnir.

 

 

Şərhlər