Fev 15, 2020 13:55 Asia/Baku
  • Yəmənlilər səud koalisiyasının bir “Tornado” qırıcısını vurublar
    Yəmənlilər səud koalisiyasının bir “Tornado” qırıcısını vurublar

Yəmənin ordusu və xalq komitələrinin zenit raket sistemi bu gün səhər bu ölkənin şimalında yerləşən Əlcuf vilayətində səud koalisiyasının bir ədəd “Tornado” qırıcısını vurub.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsəri deyib ki, bu qırıcı modern texnologiya ilə təchiz olunmuş “yer-hava” raketlərilə vurulub.

Əlsəri bildirib ki, bu qırıcı Əlcuf vilayətində düşmənçilik tapşırığı yerinə yetirərkən hədəfə alınıb və məhv edilibdir. O, deyib: Yəmənin səması təcavüzkarların üzünə açıq deyil və düşmən hər bir işi görmək üçün minlərlə dəfə ölçüb-biçməlidir.

Tornado tipli qırıcı İngiltərə, Almaniya və İtaliyanın birgə məhsuludur.

Yəmənin ordusu və xalq komitələrinin müdafiə gücü bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, günü-gündən artmaqdadır.

 

 

Şərhlər