Fev 18, 2020 08:11 Asia/Baku
  • Bəşar Əsəd: İdlib və Hələbin azad edilməsi əməliyyatı düşmənlərin burnunu yerə sürtdü
    Bəşar Əsəd: İdlib və Hələbin azad edilməsi əməliyyatı düşmənlərin burnunu yerə sürtdü

Suriya prezidenti bu ölkə ordusunun Hələb və İdlib vilayətlərində terrorçulara qarşı son qələbələri münasibəti ilə etdiyi televiziya nitqində deyib: İdlib və Hələbin terrorçuların işğalından azad edilməsi əməliyyatı düşmənlərin burnunu yerə sürtdü.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bəşar Əsəd Suriya ordusunun Hələb və İdlibdəki son qələbələrinin bu ölkədəki terrorçuların qəti məğlubiyyəti üçün başlanğıc olduğunu bildirərək deyib: Türkiyədən eşidilən hay-küylərə baxmayaraq Hələb və İdlib vilayətlərinin terrorçulardan azad edilməsi əməliyyatı davam etdiriləcək. 

Suriya prezidenti bu ölkə ordusunun terrorçulara qarşı son qələbələrini Suriya xalqına təbrik edərək deyib: Suriya ordusu xalqın təhlükəsizliyi uğrunda canfəşanlıq edir. 

Suriya ordusu son həftələrdə Hələb və İdlibdə terrorçulara qarşı önəmli qələbələrə imza atıb ancaq bu qələbələrə Türkiyə qarşı çıxır. 

Türkiyə Suriyadakı terrorçu qrupların əsas himaçisidir. 

Suriyalıların son qələbələrində bu ölkə ordusu Hələb şəhərinin ətrafını terrorçulardan tam təmizləyə bildi və bu da suriyalıların böyük sevincinə səbəb oldu. 

İdlib və Hələb vilayətləri Suriyada terrorçuların son bazaları hesab olunur. 

Suriyada böhran 2011-ci ildə Türkiyə, Səudiyyə Ərəbistanı,Amerika və onun müttəfiqlərinin regiondakı durumu sionist rejimin xeyirinə dəyişmək məqsədi ilə  dəstəklədikləri terrorçu qrupların geniş hücumu ilə başlandı.

Suriya ordusu son vaxtlar İran İslam Respublikasının hərbi məsləhətləri və Rusiyanın dəstəyi ilə bu ölkədəki İŞİD terrorçularının fəaliyyətinə son qoydu. 

Digər terrorçu qruplar da məğlub edilməkdədirlər. 

Şərhlər