Fev 23, 2020 20:23 Asia/Baku
  • Qəzzə Zolağında fələstinli bir gənc şəhid edilib
    Qəzzə Zolağında fələstinli bir gənc şəhid edilib

Qəzzə Zolağının cənubunda yerləşən Xan Yunis şəhərində Sionist rejim hərbçilərinin atəş açması nəticəsində fələstinli bir gənc şəhid edilib.

Sionist rejim hərbçiləri fevralın 23-də səhər saatlarında Qəzzə Zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin şərqində Əl-Fərahin qəsəbəsi sakinlərindən bir qrupuna artilleriya və odlu silahla atəş açaraq, 4 nəfəri yaralayıblar.

Bu məlumata əsasən, qəsbkar sionist rejim hərbçiləri xilasetmə qruplarına yaralıları daşımaq üçün giriş icazəsi verməyərək, təhqiramiz bir hərəkətdə bu fələstinli şəhidin cənazəsini ekskavatorla köçürüblər.

Sionis rejimin bu hərəkətini vəhşicəsinə bir cinayət adlandıran Fələstin İslami Müqavimət Hərəkatının mətbuat katibi Fozi Bərhum Sionist İsrailin bu cinayəti və onun nəticələri barədə məsuliyyət daşıdığını vurğulayıb.

Fələstin İslami Cihad Hərəkatı da fələstinli gənclərə qarşı uzadılan əllərin müqavimət qüvvələri tərəfindən kəsiləcəyini elan edib.

Sionist rejim hərbçiləri, həmçinin şənbə günü fevralın 22-də işğal olunmuş Qüdsün "Bab Əl-Əsbat"-ı yaxınlığında bir fələstinli gənci şəhid ediblər.

Teqlər

Şərhlər