Fev 24, 2020 19:00 Asia/Baku
  • Sionistsakinli qəsəbələrə 12 raket atılıb
    Sionistsakinli qəsəbələrə 12 raket atılıb

Fələstin İslami Cihad Hərəkatı sionist rejimin cinayətlərinin əvəzini çıxaraq, Qəzzə zolağından sionistsakinli qəsəbələrə bir neçə yeni raket atıb.

Əlcəzirə telekanalı xəbər verib ki, Qəzzə zolağından işğal olunmuş Fələstinə tərəf raket hücumları bərpa edilib və bir saatdan az bir müddət ərzində Qəzzə zolağı ətrafındakı sionistsakinli qəsəbələrdə üç dəfə təhlükə siqnalı səsləndirilib. 

Bu telekanal Qəzzə zolağından işğal olunmuş Fələstindəki Sedirot sionistsakinli qəsəbəyə 12 ədəd raketin atıldığını bildirib. 

Sionist rejim qırıcıları Qəzzə zolağının cənubunda yerləşən Xan Yunus bölgəsini  4 raketlə hədəfə alıblar.

Şərhlər