Fev 25, 2020 14:04 Asia/Baku
  • Qazzədə atəşkəs rejimi tətbiq olunub
    Qazzədə atəşkəs rejimi tətbiq olunub

KİV-lər Qəzzə Zolağında Fələstin müqaviməti və sionist İsrail rejimi arasında atəşkəs razılaşmasının əldə edildiyini xəbər verirlər.

Livanın Əl-Məyadin telekanılının Fələstin müqavimətinə bağlı mənbələrə istinadla yaydığı məlumatına görə, bu atəşkəs rejimi bazar ertəsi günü fevralın 24-də saat 23:30-dan qüvvəyə minib.

"Sky Nyus" kanalının məlumatına görə isə, atəşkəs sazişi Misir və BMT-nin nəzarəti ilə əldə olunub.

Qəzzə Zolağında gərginlik, sionist rejim hərbçiləri tərəfindən bazar günü fevralın 23-də Qəzzənin sərhəd hasarı yaxınlığında bir fələstinli gəncin şəhid edilməsindən sonra artıb və Fələstinin müqavimət qüvvələri də bu cinayətə reaksiya olaraq, işğal olunmuş ərazilərə 20-dən çox raket atıblar.

 

Teqlər

Şərhlər