Fev 27, 2020 14:46 Asia/Baku
  • BMT Fələstin torpaqlarında sionist qəsəbə inşası layihəsini pisləyib

Birləşmiş Millətlər Təşkilatının qərbi Asiya üzrə xüsusi nümayəndəsi sionist rejimin Fələstinlilərə məxsus torpaqlarda inşaat əməliyyatlarını pisləyərək bu layihənin nigaranedici ilduğunu bildirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, BMT-nin qərbi Asiya üzrə xüsusi nümayəndəsi Nikolay Miladonov bu gün sionist rejimin Qüdsün şərqi və İordan çayının qərb sahilində sionistlər üçün bir neçə min mənzil inşa etmək layihəsindən nigaranlıq ifadə edərək bu hərəkəti pisləyib. 

Mildonov bir bəyanatda İsrailin işğal olunmuş Qüdsün şərqində inşaat layihələrinin icrası və İordan çayının qərb sahilində 3500 mənzilli yaşayış kompleksinin inşası layihəsini son dərəcə nigaranedici adlandırıb. 

BMT-nin nümayəndəsi beynəlxalq qanunlara görə bu kimi qəsəbə inşası əməliyyatlarının qeyri-qanuni olduğunu vurğulayaraq bildirib ki, sionist rejim sülhə mane olmaqda davam edir. 

Sionist rejim mənbələri bildirmişdilər ki, bu rejimin baş naziri Benyamin Netanyahu Qüdsün şərqində 3500 mənzilli yaşayış kompleksi inşa etmək niyyətindədir. 

Fələstinlilər dəfələrlə bu kimi layihələrin şərqi Qüdsü Fələstindən ayırmaq məqsədi güddüyünü bildirərək, İordan çayının qərb sahili ilə onun cənub bölgəsi arasında əlaqənin kəsilməsinə xidmət etdiyini bildirmişlər. 

BMT-nin sionist rejimin qəsəbə inşası əməliyyatlarının dayandırılmalı olduğuna dair qətnamələrinə rəğmən bu rejim beynəlxalq qanunlara zidd olaraq öz hərəkətlərini davam etdirir. 

Şərhlər