Fev 29, 2020 08:57 Asia/Baku
  • Terrorizmə dəstək, Türkiyənin və Qərbin sabit siyasətidir
    Terrorizmə dəstək, Türkiyənin və Qərbin sabit siyasətidir

Suriya Xarici İşlər Nazirliyi terror qruplarına dəstək verdiklərinə görə, Türkiyəni və Qərbi tənqid edib. Vurğulayıb ki, Dəməşq Qərb ölkələri və onların müttəfiqləri terrorçuları həmişəlik olaraq Suriya xalqına qəbul etdirmələrinə icazə verməyəcək.

Türkiyə ordusu son günlər terrorçulara dəstək istiqamətində Suriyanın infrastrukturları və bu ölkə ordusunun İdlib vilayətindəki mövqelərini dəfələrlə hədəfə alıbdır.

Suriya Xarici İşlər Nazirliyi Ankara başçılarının sözləri və hərəkətlərinə reaksiyada bir bəyanatda bildirib: Son günlər Türkiyənin və Qərb ölkələrinin Suriyaya qarşı yalançı təbliğatları onların terror qruplarını himayə etdiklərini sübut edir.

Bəyanatda sonra deyilir: Terrorizmə dəstək, alçaq və etikadan uzaq hədəflərə çatmaq istiqamətində Türkiyənin və Qərb ölkələrinin siyasətlərində sabit bir strategiyadır.

Suriya Xarici İşlər Nazirliyi vurğulayıb: Türkiyə və Qərb medialarının Suriya ordusunun son döyüşlərdəki xəsarətləri barədə olan mübaliğələri terrorçuların əhval-ruhiyyələrini qaldırmaq üçün həyata keçirilir və təsdiq edir ki, Türkiyə Soçi razılaşmasındakı öhdəliklərinə sadiq deyildir.

Suriya Xarici İşlər Nazirliyi suriyalı qüvvələrin bu ölkənin şimalındakı uğurlu əməliyyatlarına da toxunub. Vurğulayıb ki, bu əməliyyatlarda Dəməşq-Hələb beynəlxalq şose yolu və Hələb beynəlxalq hava limanı yenidən açılıb və suriyalı qüvvələr İdlib, Hələb və Həmah vilayətlərində 130-dan çox kəndi azad edə biliblər. Bütün bunlar Türkiyəni və Qərb ölkələrini dəli-divanə edibdir.

Suriya Xarici İşlər Nazirliyi qeyd edib ki, Suriya ordusu keçmişdəki kimi bu ölkə boyu terrorçulara qarşı hücum və əməliyyatlarını davam etdirəcək.

 

 

Teqlər

Şərhlər