Mart 03, 2020 15:38 Asia/Baku
  • Sionist hərbçilər azı 63 fələstinlini yaralayıblar

Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində yerləşən Nabus şəhərinin cənubundakı Cəbəl-əl-Ərmə bölgəsinə hücum edərək, azı 63 fələstinlini yaralayıblar.

Fələstinin Qırmızı Aypara Cəmiyyəti bu gün bildirib ki, sionist rejim hərbçilərinin hücumunda gözyaşardıcı qazla tənəffüs nəticəsində çoxlu sayda fələstinli də boğuntu halına düşübdür.

Sionist rejim hərbçiləri cümə günü də Cəbəl-əl-Ərmə bölgəsinə hücum edərək, azı 30 fələstinlini yaralamışdılar.

Sionistlər özlərinin ekspansianist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edərək, fələstinliləri şəhid edir, yaralayır və ya həbs edərək, zindana salırlar.

SİONİST HƏRBÇİLƏR AZI 63 FƏLƏSTİNLİNİ YARALAYIBLAR

Teqlər

Şərhlər