Mart 08, 2020 20:06 Asia/Baku
  • Sionist hərbçilər fələstinli gəncləri həbs ediblər

Sİonist rejim hərbçiləri Qüdsün qədim hissəsində fələstinlilərin evlərinə hücum edərək, bir neçə fələstinli gənci həbs ediblər.

Sİonist rejim hərbçiləri dünən axşamçağıdan bəri bir neçə dəfə işğal olunmuş Qüdsün qədim hissəsinə hücum ediblər.

İşğalçı hərbçilər bu gün səhər də Qüdsdə dörd fələstinlini oğurlayıblar. Onlar Qüdsün qədim hissəsində yerləşən Əlsəidiyyə məhəlləsində iki qardaşın mənzilinə hücum edərək, o iki nəfəri də həbs ediblər.

Sionistlər özlərinin ekspansianist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edərək, puç iddialarla fələstinliləri həbs edirlər.

Sionist rejim məhbəslərində 6 minə yaxın fələstinli əsir vardır ki, onların 62-si qadın, 300 nəfəri isə həddi-büluğa çatmamış uşaqlardır.

 

SİONİST HƏRBÇİLƏR FƏLƏSTİNLİ GƏNCLƏRİ HƏBS EDİBLƏR

Teqlər

Şərhlər