Mart 25, 2020 21:31 Asia/Baku
  • Səud koalisiyasının beşillik hücumlarında 42 min nəfərdən çox insan ölüb və yaralanıb
    Səud koalisiyasının beşillik hücumlarında 42 min nəfərdən çox insan ölüb və yaralanıb

Bir insan haqları mərkəzi səud koalisiyasının Yəmənə qarşı beş il təcavüzü və hücumlarında 42 min nəfərdən çox insanın ölməsi və yaralanmasından xəbər verib.

"Əynulnisaniyyə" insan haqları mərkəzi bildirib ki, səud koalisiyasının Yəmənə qarşı beş il savaşında ölənlərin sayı 16618 nəfərdir ki, onların arasında 3725 uşaq və 2357 qadın var.

Bu mərkəz həmin müddətdə yaralananların sayını isə 25964 nəfər elan edibdir ki, onların arasında 3942 uşaq və 2721 qadın görünür.

Bu məlumata görə, beşillik savaşda Yəmənin infrastrukturlarına zərərin vurulması ilə dağılmış təsisatların sayı 8610 ədədə çatıb. Səud koalisiyasının hücumları 15 hava limanı, 16 liman, 297 elekrik istehsalı mühərriki stansiyası və 520 rabitə stansiyası şəbəkəsinin dağılması və ya onlara zərərin dəyməsilə nəticələnib.

Ərəbistan ABŞ-ın, BƏƏ-nin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi hücum edərək, bu ölkəni dəniz, hava və qurudan mühasirəyə alıbdır.

5 İLDƏ SƏUDLARIN YƏMƏNƏ QARŞI CİNAYƏTLƏRİ

Şərhlər