Mart 26, 2020 07:43 Asia/Baku
  • Koronavirus pandemiyası ərəb ölkələrində
    Koronavirus pandemiyası ərəb ölkələrində

Regionun ərəb ölkələrində koronavirusa yoluxanların sayı artmaqda davam edir.

Ərəbistanın səhiyyə nazirliyi dünən bu ölkədə koronavirusa yeni 133 yoluxma halında xəbər verib. Bilidirib ki, Ərəbistanda ümumilikdə 900 nəfər koronavirus daşıyıcısı var.

Ərəbistan həmçinin Məkkədə bir nəfərin bu virusdan ölməsilə həmin şəhərdə ölənlərin sayının iki nəfərə çatdığını bildirib.

İordaniyanın səhiyyə nazirliyi də ötən bir gündə bu ölkədə koronavirusa 26 yeni halın əlavə olunduğunu bildirib. Qeyd edib ki, bu ölkədə ümumilikdə 153 nəfər koronavirusa yoluxub.

Küveytin səhiyyə nazirliyi isə ötən bir gündə bu ölkədə koronavirusa 4 yen yoluxmai halının qeydə alındığını bildirib. Qeyd edib ki, bu ölkədə ümumilikdə 195 nəfər koronavirusa yoluxub.

İraqda da 30 yeni koronavirus yoluxmasının qeydə alınması ilə yoluxanların ümumi sayı 346 nəfərə çatıb. Bu arada 29 nəfər ölüb, 89 nəfər isə sağalıbdır.

BƏƏ-də ümumilikdə 333 nəfər koronavirusa yoluxub.

Omanın səhiyyə nazirliyi də bu ölkədə koronavirusa 15 yeni yoluxma halının qeydə alındığını bildirib. Qeyd edib ki, bu ölkədə ümumilikdə 99 nəfər koronavirusa yoluxub. Bu arada 17 nəfər sağalaraq, xəstəxanadan buraxılıb.

Bəhreyn də bu ölkədə koronavirus xəstələrinin sayının 377 nəfərə qalxdığını bildirib. Həmin ölkədə üç ölüm halı qeydə alınıb. 

Livanda da ötən sutkada 29 yeni koronavirus halının qeydə alınması ilə yoluxanların ümumi sayı 33-ə çatıb.

Suriya hökuməti də dünəndən bəri bu ölkədə koronavirusla mübarizə üçün komendant saatı tətbiq edib.

Suriya səhiyyə nazirliyi bazar günü gecə bildirdi ki,bu ölkədə ilk koronavirus halı aşkar edilib. Bu şəxs son zamanlar xaricdən gəlibdir.

Yəmən milli qurtuluş hökuməitnin səhiyyə nazirliyi də bildiribdir ki, idiyədək bu ölkədə heç bir koronavirusa yoluxma halı qeydə alınmayıb. Amma Yəmən xalqı mühasirə altında olaraq, təcavüzkarların hücumlarına məruz qalmaqda davam edir. Bütün bu ağrılar ölkənin səhiyyə sektorunu problemlərlə üzləşdirir.

Rəsmi adı COVID-19 olan koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində aşkar edilib.

Bu virus hazırda Çindən əlavə, 195-dən çox ölkəyə də sirayət edibdir.

COVID-19 ƏRƏB ÖLKƏLƏRİNDƏ

Şərhlər