Mart 26, 2020 09:51 Asia/Baku
  • Yəmən xalqının müqaviməti davam edəcək
    Yəmən xalqının müqaviməti davam edəcək

Yəmən ali siyasi şurasının sədri Yəmən xalqının müqavimətinin davam etməsinə təkid edib.

Məhdi Əlməşat Yəmənə qarşı təcavüzün beşilliyi və bu ölkənin milli müqavimət günü münasibətilə  dünən bir televiziya çıxışında deyib ki, 2015-ci il martın 26-sı, təcavüzkar səud koalisiyasının Yəmənə qarşı təcavüzünün başlandığı gündür. Bu, Yəmənin, onun xalqı və hökumətinin tarixində mühüm bir dönüş nöqtəsi sayılır. Biz bu gündə savaşın başlanmasını qeyd etmirik və ona görə şənlik etmirik. Biz xalqın, ordunun və xalq komitələrinin müqavimətilə iftixar edirik.

O, sonra deyib: Hər bir xarici qüvvənin uğursuzluğu onun Yəmən ərazisində qanunsuz iştirakının sonunadək davam edəcək.

Əlməşat əlavə edib: Müqavimətə görə əldə etdiyimiz nailiyyətlər Yəmənin müqavimətli xalqının zəhmətinin nəticəsidir.

YƏMƏN XALQININ MÜQAVİMƏTİ DAVAM EDƏCƏK

Şərhlər