Apr 06, 2020 13:12 Asia/Baku
  • Yəmənin şərqində bir qrup səud komandanı məhv edilib
    Yəmənin şərqində bir qrup səud komandanı məhv edilib

Yəmən ordusunun bu ölkənin şərqində keçirdiyi əməliyyatda bir qrup səud təcavüzkarı, o sıradan onlarla komandan öldürülüb.

Yəmənin ordusu və xalq komitələrinin bu ölkənin şərqində yerləşən Marəb vilayətinin Sərvah bölgəsində keçirdikləri əməliyyatda çoxlu sayda təcavüzkar və səud muzduru, o sıradan onlarla komandan məhv edilib.

Təcavüzkar səud muzdurları da etiraf ediblər ki, Sərvah bölgəsindəki döyüşlərdə bir qrup səud komandanı öldürülüb.

Təcavüzkar səud qüvvələri Yəmənin Ədən şəhərində də böyük xəsarətlərə düçar olublar. Belə ki, səud hərbçilərindən ibarət maşın karvanının bu şəhərdə hərəkəti zamanı bomba partlayışı nəticəsində onların bir qrupu yaralanıb və avtomobilləri məhv edilibdir.

YƏMƏNDƏ BİR QRUP SƏUD KOMANDANI MƏHV EDİLİB

 

Şərhlər