Apr 07, 2020 09:05 Asia/Baku
  • Səud qırıcıları Yəmənin Hiccə vilayətinə hücum ediblər

Təcavüzkar səud koalisiyasının qırıcıları bu gün səhər tezdən iki dəfə Yəmənin Hiccə vilayətindəki Hirz və Əys bölgələrini bombalayıblar.

Bu hücumlardan sonra həmin bölgələrdə bir neçə güclü partlayış səsi eşidilib.

Hələ bu hücumların törətdiyi ehtimal olunan tələfat və xəsarətlər barədə bir məlumat yayılmayıbdır.

Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

SƏUD QIRICILARININ YƏMƏNƏ QARŞI YENİ TƏCAVÜZÜ

Şərhlər