Fev 07, 2016 00:36 Asia/Baku

İran və Azərbaycan dərman istehsalı sahəsində əməkdaşlıqların genişləndirilməsini vurğulayır

Verilişin müddəti : 00:01:00
Tarix : 2016/02/07



İran və Azərbaycan dərman istehsalı sahəsində əməkdaşlıqların genişləndirilməsini vurğulayır


İranın İctimai Təminat Təşkilatının icraçı direktorunun əvəzi Rza Rayi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşərək danışıqlar aparıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu görüşdə Rza Rayi İranın dərman istehsalı üzrə potensialına toxunaraq deyib: Hal-hazırda dünyada istehsal olunan hər bir dərmanı İran iki il ərzində ən yaxşı formada istehsal edir və Azərbaycan Respublikasının ehtiyac duyduğu dərmanların istehsalında bu ölkədə investisiya yatırmağa hazırdır.

İranın İctimai Təminat Təşkilatının icraçı direktorunun əvəzi səhiyyə turizmi sahəsində investisiyalara toxunub və deyib: İran otel və xəstəxanalar inşa etməklə, habelə sığorta sahəsində öz təcrübələrini nəql etməklə Azərbaycan Respublikası ilə əməkdaşlıq edə bilər.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da bu görüşdə təmsil etdiyi nazirliyinin fəaliyyəti strukturunu açıqlayaraq Azərbaycanın dərman istehsalı sahəsində İran İslam Respublikası ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib.

Tərəflər bu görüşdə müştərək şəkildə dərman istehsalı sahəsində əməkdaşlığın genişləndirilməsini vurğulayıblar.

İranın İctimai Təminat Təşkilatının icra direktorunun əvəzi Rza Rayi Azərbaycan Respublikasına 2 günlük səfəri çərçivəsində bu ölkənin səhiyyə, iqtisadiyyat, fövqəladə hallar nazirləri və ARDNŞ-ın sədr müavini ilə görüşərək danışıqlar aparıb.



Teqlər