Fev 07, 2016 00:42 Asia/Baku

Bakı Şərqşünaslıq İnstitutunda "İran Müasir Dövrdə" konfransı keçirilib

Verilişin müddəti : 00:02:00
Tarix : 2016/02/07




Bakı Şərqşünaslıq İnstitutunda "İran Müasir Dövrdə" konfransı keçirilib


İran İslam İnqilabının qələbəsinin 37-ci illiyi ərəfəsində Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "İran Müasir Dövrdə" adlı konfrans keçirilib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, şərqşünaslar, tədqiqatçılar və mütəxəssislərin iştirakı ilə keçirilən bu konfransda, Milli Məclisin deputatı və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun rəhbəri Gövhər Baxşəliyeva bu institutun müxtəlif sahələr, Yaxın Şərq ölkələri, xüsusilə də İranla bağlı araşdırma fəaliyyəti barəsində məlumat verərək deyib: İran iqtisadiyyatı və tarixi şöbələrində İranşünaslıq, İran dilçiliyi, filologiya, yazılı əsərlərin araşdırılması ilə əlaqədar çox dəyərli elmi araşdırmalar aparılmaqdadır.

İran İslam Respublikasına qarşı iqtisadi sanksiyaların ləğv olunmasına toxunan Baxşəliyeva əlavə edib: Hazırda İranın bütün sahələrdə inkişafı üçün münasib şərait yaranmışdır.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin də bu konfransda iki ölkənin dostluq əlaqələri və bu əlaqələrin yüksək səviyyədə genişlənməsinə toxunaraq deyib: Azərbaycan Respublikası İranın çətin dövründə bu ölkəni həmişə dəstəkləmiş və dostluq və qardaşlığını sübut etmişdir.

Möhsün Pakayin davamında müstəqillik, azadlıq və İslam Respublikası şüarını açıqlayaraq İslam ideologiyası, Həzrət İmam Xomeyninin (rə) rəhbərliyi və xalqın iştirakını İslam İnqilabının qələbəsinin əsas sütunları adlandırıb və sanksiyaların ləğv olunmasına toxunaraq deyib: Hazırda İranın müxtəlif ölkələr, o cümlədən Azərbaycan Respublikası ilə əlaqələri yeni mərhələyə daxil olub.

Şərqşünaslıq İntitututu İran tarixi və iqtisadiyyatı şöbəsinin rəhbəri Vidadi Mustafayev də İslam İnqilabının qələbəsindən sonra İranda hərtərəfli inkişaf və iqtisadi islahatlar barəsində danışıb.

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi İbrahim İbrahimi də deyib: İran İslam Respublikası həmişə sülh tərəfdarıdır və sanksiyaların ləğvi, təkcə İran deyl bütün region üçün əhəmiyyət kəsb edir.

İslam İnqilabının nailiyyətləri və İslami İranın sanksiyaların ləğvindən sonrakı dövrdəki mövqeyinin bəyan olunması bu konfransda müzakirə olunan önəmli mehvərlərdən olub.



Teqlər