Okt 08, 2016 15:28 Asia/Baku

Gəncədə fəal dindar saxlanılıb

Verilişin müddəti : 00:02:00

Tarix : 2016/10/08

----------------------------------------------------

Gəncədə fəal dindar saxlanılıb

Gəncədə yaşayan Tahir Abbasov adlı fəal inanclı polis tərəfindən saxlanılıb.

Yaxınları Tahir Abbasovun qarşıdan gələn Aşura və Tasua günləri ilə bağlı saxlanıldığını ehtimal edirlər.

 “İslaminSesi” məlumat veriri ki, polis əməkdaşları Tahir Abbasovun işlədiyi yerə gələrək onu oradan polis bölməsinə aparıblar. Hazırda gəncəli dindarın polis bölməsindən məhkəməyə aparıldığı bildirilir.

Daxil olan məlumata görə, məhkəmə Tahir Abbasova 15 sutka həbs cəzası kəsib.

Hər il Gənəcədə güclü nəzarət və polis basqısı olsa da Tasua və Aşura mərasimləri izdihamlı keçirilir.

Teqlər