İyul 22, 2017 01:06 Asia/Baku

HİNDİSTAN ASTARA - ASTARA DƏMİR YOLUNDAN İSTİFADƏ ETMƏKDƏ MARAQLIDIR

Verilişin müddəti : 00:01:45

Tarix : 2017/07/21

 

Astara şəhərinin icra başçısı deyib: Astara - Astara dəmir yolu beynəlxalq ticarət baxımından böyük əhəmiyyət kəsb edən şimal-cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi üçün misilsiz fürsət hesab olunur.

Yunis Rənckeş Hindistanın Tehrandakı səfiri ilə görüşdə deyib: Astara - Astara dəmir yolu yüklərin daşınmasında zaman və məsafəyə qənaətini edilməsi baxımından mühüm rol oynayacaq. Bu da  iqtisadi və ticarət əlaqələrində önəmli məsələ olaraq beynəlxalq ticarətdə diqqətə alınacaq. 

O həmçinin deyib: Astara - Astara dəmir yolu daha sonra Qəzvin - Rəşt - Ənzəli dəmir yoluna birləşdiriləcək. Bununla da dünya iqtisadiyyatında mühüm nəqliyyat marşrutuna çevriləcək. 

Hindistanın İrandakı səfiri Saurab Kumar da bu görüşdə iki ölkənin yaxın və yaxşı əlaqələrə malik olduğuna işarə edib və deyib: Astara - Astara dəmir yolunun istifadəyə verilməsi və onun şimal-cənub nəqliyyat marşrutuna birləşdirilməsi iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacaq. 

Saurab Kumar əlavə edib: Astarada icra edilməkdə olan layihə çox yaxşı düşünülmüş bir layihədir və ümidvaram tezliklə onun təkmilləşdirilərək, istifadəyə verilməsinin şahidi olaq. Çünki, bu layihə son dərəcə önəmlidir və Hindistan da Astara dəmir yolunun potensiallarından istifadə edə bilər.

Bu görüşdə İran İslam Respublikasının Dəmir Yolu Təşkilatının nümayəndəsi Xudayi də Rəşt-Qəzvin-Ənzəli-Astara dəmir yolu layihəsinin icra prosesi, daha sonra bu dəmir yolunun Azərbaycanın dəmir yolu şəbəkəsinə birləşdirilməsi barədə izahat verib. 

O deyib: İranın Dəmir Yolu Təşkilatı dəmir yolları və yüklərin daşınması sahəsində Hindistan ilə əməkdaşlığa hazırdır

Teqlər