Avq 06, 2017 11:24 Asia/Baku

İran İslam Respublikası prezidentinin inauqurasiya mərasimi keçirilməkdədir

Verilişin müddəti : 00:05:10

Tarix : 2017/08/06

 

-----------------------------------------------------------

İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimi yüzdən çox xarici heyətin iştirakı ilə İranın İslami Şura Məclisində keçirilməkdədir.

IRIB-nin məlumatına görə, bu mərasimdə 8 prezident, 19 parlament sədri, 9 vitse-prezident və baş nazir, 7 parlament sədrinin müavini, 11 xarici işlər naziri və 35 xüsusi nümayəndə iştirak edir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani özünün ikinci prezidentlik dövründə Əsas Qanunun 121-ci maddəsinə əsasən, İran İslami Şura Məclisinin sədri Əli Laricani və İranın məhkəmə hakimiyyətinin sədri Ayətullah Sadiq Amoli Laricaninin çıxışından sonra Qurani-Kərim önündə İslam və Əsas Qanunu qorumaq barədə and içdi.

İran İslam Respublikasının prezidenti and içdikdən sonra onun mətnini İranın məhkəmə hakimiyyətinin sədri və Negəhban Şuranın üzvləri qarşısında imzalayacaq və bu mətn Negəhban Şuranın sədri Ayətullah Əhməd Cənnətiyə təhvil veriləcək.

Həsən Ruhani 2017-ci il mayın 19-da keçirilən İran İslam Respublikasının 12-ci prezident seçkilərində 23 milyondan çox səs toplayaraq, seçkilərin qalibi oldu.

 

 

Teqlər