Avq 20, 2017 05:19 Asia/Baku

Terrorçu İŞİD qrupu bu gün Rusiyanın şimalında Surqut şəhərində terror hücumunun məsuliyyətini öz üzərinə götürüb.

Spotnik xəbər agentliyinin bildirdiyinə görə, Rusiya polisi öncə bir bəyanat yayaraq bildirmişdi ki, Surqut şəhərində bir nəfərin biçaqla piyadalara hücumunun terror aktı olması qeyri mümkün nəzərə gəlir. 

Polisin bəyanatında deyilirdi ki, hadisəni törədən şəxsin psixoloji keçmişi araşdırılır və polis üçün onun terrorçu olması versiyası ciddi deyil. 

Bu gün Surqut şəhərinin mərkəzində bir nəfər əlində bıçaq piyadalara hücum edib və bu hadisədə yeddi nəfər yaralanıb. 

yaralılardan ikisinin durumunun ağır olduğu deyilir. 

Teqlər