Sen 04, 2017 17:29 Asia/Baku

İnqilab Rəhbəri: İranın bacarıqlı övladları iftixar amilidirlər

Verilişin müddəti : 00:01:57

Tarix : 2017/09/04

 

----------------------------------------------------------------------------

İnqilab Rəhbəri: İranın bacarıqlı övladları iftixar amilidirlər

İslam İnqilabının Böyük Rəhbəri və İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İran ordusunun Xatəmül-Ənbiya(s) hava hücumundan müdafiə qərargahının komandanları və məsul şəxsləri ilə görüşdə deyiblər: İranın bacarıqlı övladları ölkə daxilində və ya dünyanın elmi mərkəzlərində olmalarından asılı olmayaraq, olduqları hər bir yerdə iftixar amilidirlər.

İnqilab Rəhbərinin ofisinin rəsmi internet saytının verdiyi məlumata görə, Həzrət Ayətullahülüzma Xamenei savadlı, tədbirli, şücaətli və yorulmaz işçi qüvvəsini maneələr üzərində qələbə çalmağın əsası adlandırıb və deyiblər: Silahlı qüvvələr, elm və texnologiyalar sahəsində əldə edilmiş saysız uğurlar İranın gənc işçi qüvvəsinin böyük istedad və bacarığa malik olmasının nişanəsidir.

İran silahlı qüvvələrinin ali baş komandanı İranın bütün problemlərinin açarını da elə bu bacarıqlı istedadların canlandırılması və işə cəlb edilməsi adlandırıblar.

İnqilab Rəhbəri daha sonra ordu və Sepah-ın Xatəmül-Ənbiya(s) hava hücumundan müdafiə qərargahındakı  münasib ahəngdarlığını yüksək qiymətləndirib və ehtiyacların və çatışmazlıqların aradan qaldırılması üçün bu qərargahın Müdafiə Nazirliyi və elmi mərkəzlər ilə əməkdaşlıqlarına təkid edərək, deyiblər: Bütün səy və təlaşlarınızı hər zaman oldğundan daha artıq sürətlə davam etdirin və yeni layihələr təqdim etməklə İranın müstəqilliyi yolunda addımlayın.

İran silahlı qüvvələrinin ali baş komandanı Xatəmül-Ənbiya(s) hava hücumundan müdafiə qərargahını ölkənin varlığı və heysiyyətinin müdafiəsində ön cəbhə adlandırıb və müxtəlif sahələrdəki inkişafda bacarıqlı kadrların roluna təkid edərək, deyiblər: Fasiləsiz səy və təlaş ilə saysız istedadları kəşf etmək və onlardan ehtiyacların aradan qaldırılmsı üzrə istifadə etmək lazımdır.

Həzrət Ayətullahülüzma Xamenei təhdidlər ilə mübarizənin ön cəbhəsində olmağı dəyərli fürsət adlandırıb və deyiblər: Xatəmül-Ənbiya(s) hava hücumundan müdafiə qərargahında son dərəcə yaxşı işlər həyata keçirilib . Bu da bu qüvvələrin böyük əzmkarlığa, iradəyə və bacarığa malik olmalarının nişanəsidir.

 

 

 

Teqlər