Sen 04, 2017 17:33 Asia/Baku

Koreya Yarımadasında gərginlik yüksəlir

Verilişin müddəti : 00:02:49

Tarix : 2017/09/04

------------------------------------------------------

Koreya Yarımadasında gərginlik yüksəlir

Şimali Koreya hökuməti bir hidrogen bombasını uğurla sınaqdan keçirdiyini bildirib. Şimali Koreyanın başçısı Kim Çen İn isə ölkəsinin istənilən qədər nüvə silahı istehsal etməyə qadir olmasından xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, Kim Çen İn qitələrarası ballistiik raketlərə yerləşdirilməsi mümkün olan hidrogen bombaya baxış keçirdiyi zaman bu bombanın yüksək dağıdıcılıq gücünə malik olduğunu bildirib.

Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi xəbərinin ardınca Yaponiyanın xarici işlər naziri Taro Kono dünən səhər saatlarında Şimali Koreyada nüvə sınağının həyata keçirilməsi nəticəsində 6.3 və 4.6 bal gücündə olan yeraltı təkanlar qeydə alındığını deyərək, Pxenyana etiraz edib.

Başqa bir məlumata görə, Yaponiyanın baş naziri Şinzo Abe Şimali Koreya tərəfindən nüvə sınağının həyata keçirilməsini qəbuledilməz adlandırıb və deyib: Yaponiya daha bir nüvə sınağına dözməyəcək.

Röyters-in verdiyi məlumata görə, Çinin seysmologiya mərkəzi də bazar günü bildirib ki, yerin çox da dərin olmayan qatlarında qeydə alınan yeraltı təkan ilk yeraltı təkandan 8 dəqiqə sonra meydana çıxıb. Bu mərkəz ilk yeraltı təkanın 6.3 bal gücünə malik olduğunu bildirib. Zəlzələnin partlayış nəticəsində baş təxmin edilir. 

Digər tərəfdən Cənubi Koreya hökuməti Pxenyanın 6-cı nüvə sınağını həyata keçirdiyini iddia edib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Seul bu iddianı ABŞ-ın Şimali Koreyada 6.3 bal gücündə zəlzələnin baş verməsi ilə bağlı yaydığı xəbərlərin ardınca irəli sürüb. ABŞ-ın seysmologiya mərkəzi zəlzələnin Şimali Koreyanın nüvə sınaqları həyata keçirdiyi məntəqəyə yaxın ərazidə baş verdiyini qeyd edib.

Bir ABŞ rəsmisi də Şimali Koreyanın nüvə sınağı həyata keçirməsi ehtimalını təsdiq edib.

Bəzi analitiklərin dediklərinə görə, zəlzələnin nüvə sınağı nəticəsində baş verdiyi təsdiq edilmiş olarsa, bu partlayış bir meqa ton dağıdıcı gücə malik olmaqla Şimali Koreya tərəfindən həyata keçirilmiş ən böyük nüvə sınağı sayıla bilər.

Şimali Koreyanın hidrogen bombası sınaqdan keçirməsi və bu ölkənin eyni zamanda iki nüvə sınağı həyata keçirməsi barədə xəbərlərin yayılmasının ardınca ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe bir telefon əlaqəsi saxlayaraq, Şimali Koreya təhlükəsi ilə mübarizə aparmaq üçün birgə əməkdaşlığın önəminə təkid ediblər.

 

 

 

 

Teqlər