Dek 14, 2017 23:04 Asia/Baku

Rusiya prezidenti ölkəsinin ABŞ-ın daxili olayları, o cümlədən bu ölkə prezident seçkilərində heç bir müdaxiləsinin olmadığını bildirib.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin cümə axşamı günü illik mətbuat konfransında ABŞ prezident seçkilərində müdaxilə haqda irəli sürülən ittihamlara münasibət bildirib və deyib: Rusiya rəsmilərinin Vaşinqtondakı görüş və müzakirələri dünyanın hər bir yerində baş verir.

Rusiya prezidenti əlavə edib: Rusiyanın ABŞ-dakı o vaxtkı səfiri Sergey Kissilyakın Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşləri beynəlxalq münasibətlərdə qəbul edilmiş normadır.

Putinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp seçkiqabağı kampaniyada irəli sürdüyü bütün öhdəlikləri yerinə yetirə biləcək həddə deyil. Çünki ABŞ daxilində məhdudiyyətlər vardır.

Donald Trampın ətrafındakılar və yaxınları 2016-cı il prezident seçkiləri ilə bağlı seçkiqabağı kampaniyalar zamanı rus rəsmilərlə gizli müzakirədə suçlanırlar.

Teqlər