Dek 16, 2017 15:17 Asia/Baku
  • Dəməşqin De-Misturanın iddiasına cavabı

Suriya xarici işlər nazirliyi BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsinin və Fransa dövlətinin Dəməşqin Cenevrə müzakirələrinin son dövründə irəliləyişin olmamasında məsuliyyət daşıması barədəki iddialarını rədd edərək, pisləyibdir.

BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De-Mistura cümə axşamı günü gecə Cenevrədə Suriya sülh müzakirələrinin səkkizinci dövrünün başa çatdığını elan edərək, iddia edibdir ki, müzakirələrin bu dövrünün gedişində nəzərdə tutulan hədəflər Dəməşqin sabotajı ilə reallaşmayıbdır.

Suriya xarici işlər nazirliyindəki bir rəsmi mənbə Stefan De-Misturanın Dəməşqin Cenevrə müzakirələrinin son dövründə irəliləyişin olmamasında məsuliyyət daşıması barədəki iddiasını rədd edərək, deyib: Bu iddialar suriyalı müxaliflərdən bir nümayişdir ki, adət əsasında təşviş və yalançılıqla məşğuldurlar; bu addım Suriya xalqının qanı bahasına başa gəlir.

Suriya xarici işlər nazirliyindəki bu mənbə Dəməşqin hazırkı böhrandan çıxmaq üzrə sədaqətli səyləri və müsbət anlaşmasına toxunaraq, əlavə edib: Suriyadan göndərilmiş heyət müzakirələrin bu dövrünün iclaslarının müsbət nəticələrə gətirib çıxaracağı ümidi ilə İsveçrənin Cenevrə şəhərinə gəldi.

Suriya xarici işlər nazirliyindəki rəsmi mənbə həmçinin noyabrda keçirilmiş Ərriyad iclasının bəyanatına və bu bəyanatın öncədən məlum olan mövqelərinə işarə edərək, söyləyib: Bu bəyanat bir hədəf üçün hazırlanmışdı və o, Cenevrə müzakirələrinin yeni dövrünü çıxılmaz vəziyyətə salmaq və uğursuz qoymaq olubdur.

Ərəbistan tərəfindən dəstəklənən suriyalı müxaliflər "Ərriyad-2" adlı iclasda Suriyanın prezidenti Bəşşar Əsədin hakimiyyətdən kənara çəkilməsi vacibliyini vurğulamışdılar.

Bu önşərt səbəb oldu ki, Suriya dövlətinin nümayəndə heyəti bir gün təxirlə Cenevrəyə daxil olsun və suriyalı müxaliflərin heyətinin sabotajlarının davam etməsilə iki gündən sonra bu iclası tərk etsin.

Suriya böhranının həlli üzrə müzakirələrin səkkizinci dövrü noyabrın 28-də başlanıb. Suriya dövlətinin nümayəndə heyəti bir daha dekabrın 19-da Cenevrəyə daxil oldu və müzakirələr cümə axşamı günü gecəyədək davam etdi.

Teqlər