Yan 15, 2018 21:41 Asia/Baku

Xəbər mənbələri Türkiyənin cənubunda yerləşən Suriya ilə həmsərhəd Hatay vilayətinə geniş miqyasda hərbçi və hərbi silah-sursatın yerləşdirilməsindən xəbər veriblər.

Türkiyənin Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, şahidlər bildiriblər ki, dünən təhlükəsizlik tədbirləri altında hərbi silah-sursat daşıyan bir neçə texnika Hatay vilayətinin Reyhanlı şəhərinə daxil edilib. 

Eyni zamanda Türkiyənin hərbi qaynaqları bu ölkə ordusunun cənub şərqdə yerləşən Şanlı Urfa vilayətinə ordunun yeni lojistik bölmələrinin daxil edilməsindən xəbər veriblər. 

Türkiyə ordusunun arteleriya bölmələri də şənbə günü İfrin şəhərinin ətrafında kürd yaraqlıların mövqelərinə hücum ediblər. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən bildirib ki, Türkiyə ordusu yaxın günlərdə Suriyanın şimalında yerləşən Afrin şəhərinə hücum edəcək. 

Türkiyə 2016-cı il 24 avqustda Suriyanın şimalında Fərat Qalxanı adlı hərbi əməliyyatlara start verdi və bu əməliyyatlarda məqsədin Suriyanın şimalında 5 min kvadrat kilometrlik təhlükəsiz zona yaratmaq olduğunu bildirdi. 

Teqlər