Apr 15, 2018 21:56 Asia/Baku
  • Rusiyanın təklifi qəbul edilmədi
    Rusiyanın təklifi qəbul edilmədi

Rusiya BMT-nin Təhlükəsizlik Şurasında ABŞ, Britaniya və Fransanın Suriya əleyhinə hücumu barədə qətnamənin qəbul edilməsi üzrə təklifi qəbul olunmayıb.

İRNA-nın məlumatına görə, Təhlükəsizlik Şurasının üç daimi üzvü olan Amerika, Britaniya və Fransa öz əleyhlərinə olan bu qətnamə layihəsinə qarşı çıxıblar. Daha 4 ölkə də bu qətnamə layihəsinə bitərəf səs verib. 

Təhlükəsizlik Şurasının ABŞ, Britaniya və Fransanın Suriyaya qanunsuz hücumu ilə bağlı fövqəladə iclası şənbə günü keçirilib. Bu, Təhlükəsizlik Şurasının ötən bir həftə ərzində Suriya ilə bağlı beşinci iclasıdır. 

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya Təhlükəsizlik Şurasında səsvermənin başa çatmasından sonra Amerika, Britaniya və Fransanın beynəlxalq atmosferi ikiüzlülük və yalançılıq atmosferinə çevirdiklərini deyərək, əlavə edib: Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəçisi olmalı idi. 

Çinin BMT-dəki səfiri Ma Zauşu da Rusiyanın qətnamə layihəsinin lehinə səs verərək, deyib: Pekin beynəlxalq məsələlərin həllində hərbi seçimin tərəfdarı deyil və Suriya böhranı üçün də diplomatik həll yolunun tapılmasına inanır. 

Teqlər