May 10, 2018 23:27 Asia/Baku

TÜRKİYƏ RƏSMİLƏRİ: ABŞ-IN NÜVƏ ANLAŞMASINDAN ÇIXMASI YANLIŞDIR

Verilişin müddəti : 00:01:23

Tarix : 2018/05/10

-------------------------------------------------------------------------

 Türkiyə rəsmisi ABŞ-ın nüvə anlaşmasından çıxmasının İran ilə əlaqələrə təsirsiz ötüşəcəyini deyib

Türkiyənin iqtisadiyyat naziri deyib: Vaşinqtonun nüvə anlaşmasından çıxması və İrana qarşı yeni sanksiyalar tətbiq etməsi Ankara-Tehran əlaqələrinə təsir, xüsusilə də iqtisadi və ticarət əlaqələrinə heç bir mənfi təsir buraxmayacaq.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin iqtisadiyyat naziri Nihan Zeybəkçi CNN Türk kanalına verdiyi müsahibədə ABŞ-ın nüvə anlaşmasından çıxması barədə deyib: Ankara öz iqtisadi mənafeyinə uyğun olaraq Vaşinqtonun İrana qarşı sanksiyalarına qoşulmayacaq.

Zeybəkçi ABŞ-ın nüvə anlaşmasından çıxmasının bu ölkənin beynəlxalq təcrid ilə üzləşməsinə səbəb olacağını deyərək, əlavə edib: ABŞ-ın Yaxın Şərq ölkələrinə müdaxilə etməkdə məqsədi İsrailini təhlükəsizliyini təmin etmək və Fars Körfəzi ətrafında yerləşən ölkələrə daha artıq silah satmaqdır.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını faydasız adlandırıb və ölkəsinin bu anlaşmadan çıxması haqda fərman imzalayıb.

ABŞ-ın bu birtərəfli hərəkətinə baxmayaraq, anlaşmanı imzalayan digər 5 ölkə o cümlədən Almaniya, Fransa, Britaniya, Rusiya və Çin bu beynəlxalq anlaşmanı dəstəkləyiblər.

---------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər