May 26, 2018 05:32 Asia/Baku

İslam İnqilabının Böyük Rəhbəri çərşənbə günü günortadan sonra quruluşun rəsmiləri və işçilərindən bir qrupu ilə görüşdə ABŞ-ın İslam Respublikası quruluşu və İran xalqı ilə əsaslı, dərin və davamlı düşmənçiliyinə toxunaraq buyurublar: ABŞ-ın son olaydakı məğlubiyyəti rəsmilərin öz vəzifələri yerinə yetirdiyi halda, şübhəsiz qəti olacaqdır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei xatırladıblar: ABŞ-ın hazırkı prezidentinin taleyi Buş və Reyqan kimi öz sələfilərinin taleyindən yaxşı olmayacaq və onlar kimi tarixdə itib-batacaq. 

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Nüvə müzakirələrinin əvvəlindən indiyədək ABŞ-ın davranışlar toplusu bu önəmli təcrübəni göstərir ki, İran İslam Respublikası Birləşmiş Ştatlarla anlaşa bilməz. Çünki Amerika öz öhdəliklərinə sadiq deyil. 

İslam İnqilabının Böyük Rəhbəri ABŞ-ın nüvə sazişindən çıxmasını BMT-nin 2231 saylı qətnaməsinə zidd adlandırıb və əlavə ediblər: Avropalıları ABŞ əleyhinə qətnaməni Təhlükəsizlik Şurasına aparmalı və Birləşmiş Ştatların bu hərəkətinə etiraz etməlidirlər. 

İslam İnqilabının Böyük Rəhbəri avropalılarla nüvə sazişinin davam etdirilməsi üçün lazımi şərtləri bəyan edərək bildiriblər: 3 Avropa ölkəsinin başçısı öhdəlik götürməli və söz verməlidirlər ki, İranın raket və regional iştirakını mütləq irəli sürməyəcəklər. 

Həzrət Ayətullahülüzma Xamenei strateji dərinliyi İranın iqtidarının göstəricilərindən adlandıraraq əlavə ediblər: Regionda iştirak və xalqların İslam Respublikasına tərəfdar çıxması bizim strateji dərinliyimizdir və heç bir ağıllı hökumət qüdrətin bu göstəricilərindən vaz keçməyəcək. 

İslam İnqilabının Böyük Rəhbəri nüvə sazişinin davam etməsi üçün avropalıların lazımi zəmanətləri haqda da bildiriblər: Amerikalılar İranın xam neft satışına əngəl yaradarlarsa, avropalılar İrandan nefti satın almaqla bizim ehtiyac duyduğumuz ölçüyə zəmanət verməlidirlər. 

İslam Respublikası ilə dövlət və özəl sektorda ticarət ödənişlərinin ödənməsi və alınması haqda Avropa banklarının zəmanəti də Həzrət Ayətullahülüzma Xameneinin qeyd etdiyi önəmli nüanslardan idi. 

Həzrət Ayətullahülüzma Xamenei xatırladıblar: İranın üç Avropa ölkəsi ilə davası yoxdur. Avropalıların keçmişini nəzərə alaraq, biz onlara etimad etmirik və elə ona görə real zəmanətləri verməlidirlər. 

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Avropalılar bizim tələblərimizi yerinə yetirməkdə gecikərlərsə, dayandırılmış nüvə fəaliyyətlərinə başlamaq üçün İranın haqqı qorunur. 

Həzrət Ayətullahülüzma Xamenei İranın Atom Enerjisi Təşkilatı rəsmilərini ehtimal üzrə belə fəaliyyətlərə başlamağa hazır olmağa çağırıb və əlavə ediblər: Hazırda 20%-lik zənginləşdirməni başlamırıq. Lakin lazım olarsa, nüvə sazişinin faydalı olmadığını görəriksə, nüvə sazişi vasitəsi ilə durdurulan fəaliyyətlər yenidən başlayacaq. 

Teqlər