İyun 11, 2018 05:50 Asia/Baku
  • AŞPA Azərbaycan R-daki siyasi məhbuslar üçün xüsusi məruzəçi təyin edib
    AŞPA Azərbaycan R-daki siyasi məhbuslar üçün xüsusi məruzəçi təyin edib

Bakıda çıxan "Yeni Müsavat" qəzeti AŞPA-nın Azərbaycan Respublikasındakı siyasi məhbuslar üçün xüsusi məruzəçi təyin etmək qərarından xəbər verib.

"Yeni Müsavat" qəzeti əlavə edib: Bu xüsusi məruzəçi AŞPA-nın yay sessiyasında Azərbaycan Respublikasındakı siyasi məhbusların son durumu barədə hesabat təqdim etməlidir.

Son zamanlar da AŞPA-nın təftiş qrupu bu assambleyanın bəzi üzvlərinin vəziyyətini araşdıraraq, xəbərdar olubdur ki, onlar Azərbaycan Respublikası rəsmlərindən rüşvət alaraq, bu respublikanın maraqları istiqamətində hərəkət ediblər.

Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv olub və hazırda bu ölkənin altınəfərlik nümayəndə heyəti həmin şuranın parlament assambleyasında iştirak edir.

Teqlər